21 İyul 2026
Ölkə futbolu

Markus Reşford komandadan uzaq düşüb

Markus Reşford “Mançester Yunayted”də komanda ilə birgə çıxış etmir.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli oyunçu hazırlıqlarını fərdi şəkildə davam etdirir. 
Daha əvvəl “Mançester Yunayted”in Reşforda özünə yeni komanda tapmaq tapşırığı verdiyi bildirilib.

27 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. O, bu müddət ərzində 10 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43