04 İyun 2026
Dünya futbolu

“Real” bu hucümçu üçün danışıqlara başlayır

“Sportinq”in futbolçusu Viktor Qyökereş karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Real” maraqlıdır. 26 yaşlı hücumçunun oyunu Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini cəlb edib. Yayda tərəflər arasında danışıqlar start götürəcək.

Qyökereş cari mövsüm “Sportinq” üçün 40 matçda 39 qol vurub və 9 qolun ötürməsini verib. Onu transfer etmək istəyən klublar arasında “Mançester Yunayted və “Mançester Siti” də var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43