04 İyun 2026
Dünya futbolu

“Real Madrid” Kees Smitin transferində maraqlıdır

“Real Madrid” “AZ Alkmaar”ın 19 yaşlı futbolçusu Kees Smiti transfer etmək niyyətindədir.

idmanxeber.az xəbər verir ki,  Madrid klubunun skautu Juni Kalifat rəhbərliyə gənc futbolçunun alınmasını tövsiyə edib.

Niderlandlı yarımmüdafiəçinin transfer qiyməti 5 milyon avro olaraq dəyərləndirilir.

Qeyd edək ki, Smitin “AZ Alkmaar”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43