Kateqoriyasız

Renat Dadaşov debütündən yazdı

İsveçrə Superliqasının II turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşov “Qrasshopper”in heyətində debüt edib. Dadaşov görüşün ikinci hissəsində meydana çıxıb.

Matçın ardından millimizin üzvü instaqram səhifəsindən bunları yazıb: “İlk oyun, ilk qələbə. Əsl komanda ruhu. “Qrasshopper”dəki debütümə görə şadam. Orada olan və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Renat Dadaşovun komandası “Luqano”ya 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43