“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında klubun transfer siyasəti barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandasına təklif olunması barədə xəbərlərə münasibət bildirib.
O, bununla bağlı suala: “Xeyr, Dadaşov bizə təklif olmayıb. Azərbaycanlıdır, millimizin üzvüdür. Amma hələ ki, transfer siyahımızda yoxdur” – deyə, açıqlayıb.

