Kateqoriyasız

Renat meydana çıxdı, komandası ilk qələbəsini qazandı

Milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pakuş de Fereyra” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 6-cı tur çərçivəsində “Aveşi qonaq edib. Görüş Renatın komandasının qələbəsi ilə yekunlaşıb.

Dadaşov 74-cü dəqiqədə meydana daxil olub. O, 82-ci dəqiqədə ikinci qolun vurulması ilə nəticələnən hücumda iştirak edib.

Qeyd edək ki, bu qələbə sayəsində “Pakuş de Fereyra” “Aveş”i geridə qoyaraq sonuncu pilləni tərk edib. Hazırda onlar 4 xalla 17-ci yeri tuturlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43