Kateqoriyasız

Beqoviçin əlcəyi satışa çıxarıldı

“Qarabağ”ın qapıçısı Asmir Beqoviçin əlcəyi hərraca çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, əlcəyi internetdəki ən böyük alış-veriş saytı olan “Ebay”dan almaq mümkündür. Əlcəyə 35 dollar start qiyməti qoyulub.

“AB1GK” brendi ilə bosniyalı qolkiperin öz imzası ilə hədiyyə etdiyi əlcəyi satışa çıxaran şəxs əldə olunacaq gəlirin tam olaraq xeyriyyə məqsədilə xərclənəcəyini qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43