Millimizin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 25-ci tur oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda öz meydanında “Lexiya” ilə qarşılaşıb və görüşdən qalib ayrılıb – 2:1. Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.
Meydana start heyətində çıxan Renat isə 86-cı dəqiqədə Pedro Perotti ilə əvəzlənib.

