28 İyul 2026
İdman

Roman Qriqorçuk bu gün müqavilə bağlayır – FOTO

“Qəbələ”dən ayrılan Roman Qriqorçuk bu gün “Astana”nın baş məşqçisi təyin olunacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “goal.kz” saytı xəbər yayıb. İddiaya görə, ukraynalı mütəxəssis müqavilə bağlamaq üçün artıq Astanadadır. Bu gün keçiriləcək mətbuat konfransında Qriqorçukun komandanın yeni baş məşqçisi kimi təqdim olunacağı bildirilir.

Qeyd edək ki, 3.5 il “Qəbələ”ni çalışdıran Qriqorçukun adı uzun müddətdir “Astana” ilə hallanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43