İslandiya millisinin baş məşqçisi Lars Lagerbak AVRO-2016-nın sabah keçiriləcək Portuqaliya ilə oyunundan öncə mətbuat konfransı keçirib.
İdmanxeber.com-un məlumatına görə, islandların çalışdırıcısı portuqaliyalı futbolçular – Ronaldo və Pepe haqqında maraqlı fikirlər səsləndirib.
Lagerbak Ronaldonun meydanda aktyorluq etdiyini bildirib:
“Ronaldo dünyanın ən yaxşı futbolçularından biridir. Eyni zamanda mükəmməl bir aktyordur. Ronaldo və Pepe Hollivud filimlərində də oynaya bilərlər. Biz bunu Çempionlar Liqasının finalında da gördük.”

