Kateqoriyasız

Ronaldo “Barselona”nın istədiyi futbolçunu “Yuventus”a aparır

“Ayaks”ın kapitanı Matteys de Liqt karyerasını “Yuventus”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasının Portuqaliya – Hollandiya (1:0) finalından sonra birincilərin ulduz futbolçusu Kriştianu Ronaldo gənc müdafiəçini çıxış etdiyi “Yuventus”a dəvət edib. Futbolçu isə buna gülümsəyərək reaksiya verib.

Qeyd edək ki, de Liqtla “Barselona” və PSJ də maraqlanır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43