Kateqoriyasız

Ronaldo milliyə niyə çağırılmadı?

Santuş Ronaldonu dəvət etməmə səbəbini açıqlayıb.

Portuqaliya millisinin baş məşqçisi Fernadu Santuş Kristiano Ronaldonun yığmaya çağırılmamasından danışıb. O, Ronaldonun yeni komandası olan “Yuventus”a biraz daha uyğunlaşmasını istədiklərini bildirib.

Qeyd edək ki, Portuqaliya sentyabrın 6-ı Xorvatiya ilə yoxlama görüşü keçirəcək. Yığma UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 10-u İtaliya ilə qarşılaşacaq.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43