“Səbail”dən ayrılan Domantias Şimkus karyerasını Sloveniyada davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, o, “Mura” komandası ilə razılığa gəlib. Şimkus yeni klubuyla bir illi müqavilə imzalayıb.
Qeyd edək ki, Şimkus 2021/22 mövsümündə “Səbail”də oynayıb. O, yeni müqavilə təklifi almadığı üçün may ayında paytaxt təmsilçisindən ayrılıb.

