20 İyun 2026
Ölkə futbolu

“Səbail”in futbolçusu Şükürovu eşitmədi, meydandan çıxmadı – VİDEO

Azərbaycan I Liqası 15-ci turu çərçivəsində keçirilən MOİK – “Səbail” matçında maraqlı hadisə yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 60-cı dəqiqəsində “dənizçilər”in baş məşqçisi Adil Şükürov komandanın kapitanı Yusif Nəbiyevi meydandan çıxarmaq istəsə də, əvəzetmə baş tutmayıb.

Buna səbəb futbolçunun meydandan çıxmaq istəməməsi olub. O, Adil Şükürovun çağırışına məhəl qoymadan “çıxmıram, oyna” deyərək, kənara gəlməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43