Misli Premyer Liqasının 12-ci turunda “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Bölgə təmsilçisi cari mövsüm ilk dəfə azarkeşləri önündən meydana çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik bu görüşə xüsusi hazırlaşır. Belə ki, matçdan öncə stadionda konsert təşkil ediləcək. Bakıdan gələn müğənnilər azarkeşlər önündə çıxış edəcəklər.
Artıq bununla bağlı rayonun müxtəlif yerlərinə afişalar vurulub.
Tədbirdə həmçinin rayon rəhbərliyinin də iştirak etməsi gözlənilir.
Xatırladaq ki, “Karvan-Yevlax” matçı saat 14:00-da, konsert proqramı isə 12:00-da başlayacaq.
Həsən Quluzadə

