Kateqoriyasız

Azərbaycanda yeni klub yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı!

“Qala” adlanan klub yeni mövsümdən Region Liqasında mübarizə aparacaq. Bu barədə artıq rəsmi qərar var.

İdmanxeber.az xəbər verir ki, “Qala” Şəmkir şəhərini təmsil edəcək. Komandanı əslən bu bölgədən olan bir qrup iş adamı yaradıb və maliyyələşdirəcək.

Klubun təsisçisi, prezidenti və oynayan məşqçisi Vüsal Məmmədov, baş məşqçisi Elşad Mirzəyev, mətbuat katibi Səbuhi Qılıncbəylidir.
“Qala” ev oyunlarını Şəmkir Olimpiya Kompleksində keçirəcək. Artıq bir neçə yoxlama oyununda qüvvələrini sınayıblar.

Mənbə: Hərşeyşünas feysbuk səhifəsi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43