“Bu gün hava çox yaxşıdır. Hazırlıq qaydasında gedir. Bütün oyunçular məşqdə iştirak edir. Son oyunda yaxşı çıxş etdik. Bunun davamını gətirmək istəyirik. Oradakı meydan barədə düşünmürük. Özümüzü qələbəyə hazırlayırıq. Ora gedib səviyyəmizi ortaya qoymalıyıq. Əlbəttə, nmeydança normal örtük deyil. Amma qələbə üçün gəldiyimizi göstərməliyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klub kanalına qarşıdakı “Şamaxı” oyunu barədə danışarkən deyib. Təcrübəli mütəxəssis bütün oyunçuların hazır olmasından sevincli olduğunu bildirib:
“Bir neçə dəfə demişəm ki, bundan öncə məndə belə bir şans olmayıb. Zədəli oyunçular və komandada olan problemlərə görə. İndi hər şey qaydasındadır. Demək olar ki, bütün futbolçular bizlədi. Bu da nəticəyə öz təsirini göstərir.
Heyətlə bağlı yekun qərarı verməmişəm. Ataa Caberin zədəsi bizi üzür, amma futbolda belə şeylər olur. Ümid edirəm ki, tezliklə bizlə bərabər olacaq. Sezar Meza Kolli haqda onu deyim ki, qol vurmağına sevinirəm. Amma uzun müddət zədədən sonra qayıdıb. Əvvəlki səviyyəyə gəlməsi üçün zaman lazımdır. Bunun üzərində çalışıırıq. Ona inanıram, güvənirəm”.
O, komandaya qış fasiləndən qoşulan yeni tarnsferlər barəsində də danışıb:
“Bütün futbolçular artıq komandaya öyrəşiblər. Hər biri öz səviyyəsini göstərib. Artıq bizim səviyyəmiz biraz daha artıb. Mövsümün sonuna qədər zədəsiz davam edəcəyimizə ümid edirəm”.
Həsən Quluzadə

