Kateqoriyasız

“Sabah” görün kimi baş məşqçi təyin edib – FOTO

Bu “vizitka” Yunis Hüseynov üçün hazırlanmışdı. Seul Olimpiadasına gedəcək idmançılara verilirdi. Və dövrünün ən istedadlı gənclərindən olan Yunis də SSRİ gənclər yığmasının əsas heyət oyunçularından idi.
Olimpiadaya gedəcək heyət açıqlananda kabinetlərdə, bağlı qapılar arxasında nə baş verdisə, Seula azərbaycanlı balası Hüseynov yox, ovaxtadək bu komandaya layiq bilinməyən İqor Ponomaryov yollandı, bir neçə dəqiqə oynayıb, zədələndi və sonda qalib komandada yer alıb, olimpiya çempionu sayıldı.
Həmin Ponomaryov sonralar Bakıdan çıxmaq üçün yalvardı, bizi aşağıladı, ona təzyiqlər edildiyi haqda nağıllar uydurdu, qaçqın statusu alıb, İsveçə qaçdı. Zaman keçdi, heç nə olmayıbmış kimi milli komandamıza baş məşqçi gətirildi, pullu komandalarımızda işlədi, özü qazandı, oğluna qazandırdı, lakin ölkə futbolu adına heç nə etmədi. Pul qurtardı, yenə İsveçə gedib, həyatın yaşadı.
10 il heç kimə lazım olmayan, heç yerdə məşqçi kimi çalışmayan bu adam yenə pul iyinə gəlib, bəzi adamlar da onun təbliğatı ilə məşğuldu.
Keçmişi unutmayın dostlar, rədd edin, getsin. O, yenə yunislərin yerini tutmağa, özünə və himayədarlarına sərvət qazandırmağa gəlib.

Vüsal Mahmudov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43