Misli Premyer Liqasında 28-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş Gəncə klubunun qələbəsilə başa çatıb – 1:0.
Hazırda paytaxt təmsilçisi 36 xalla 5-ci, Gəncə klubu 27 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Zirə”ni məğlub edib – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
6 aprel (bazar)
17:00. “Sabah” – “Kəpəz” 0:1
Qol: Valdemar Almeyda, 41
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
“Bank Respublika Arena”
19:30. “Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Tofiq Bəhramov adına Respublika Stadionu

