Kateqoriyasız

“Sabah” ukraynalı futbolçunu geri qaytardı

“Sabah” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

İdmanxeber.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan Aleksey Kaşuk icarəyə götürülüb.

Ukraynalı oyunçu cari mövsümün sonunadək “Sabah”da çıxış edəcək.

Aleksey Kaşuk 2021/2022 mövsümündə də icarə əsasında “Sabah”da çıxış edib. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb və 2 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43