Misli Premyer Liqasının XXVII turunda “Sabah” “Zirə”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da oyuna itki ilə çıxacaq. “Qartallar”ın heyətində zədəsi davam edən Yusuf Laval komandasına kömək edə bilməyəcək.
“Sabah”da isə Ayaz Quliyevin zədəsi davam edir. Onunla yanaşı, Mikels və Kahim Parris də zədə səbəbindən meydana çıxa bilməyəcək.
Hər iki komandada cəzalı futbolçu yoxdur. Qarşılaşma bu gün saat 19:30-da start götürəcək.

