Kateqoriyasız

“Sabah”da son durum: dördü dəqiq, biri qeyri-dəqiq

“Sabah” Misli Premyer Liqasının V turu çərçivəsində keçirilək “Səbail” görüşünə itkilərlə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, paytax təmsilçisinin heyətində 4 futbolçunun meydana çıxmayacağı dəqiqdir. Bunlar zədəsi olan  Zurab Oçiqava, Kristian Da Silva, Tiemoko Fofana və Bəxtiyar Həsənalızadədir.

Zədəsi davam edən Kristian Sebalyosun isə “Səbail”ə qarşı meydana çıxıb-çıxmayacağı oyun günündə bəlli olacaq.

Qeyd edək ki, “Sabah” – “Səbail” qarşılaşması sentyabrın 4-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43