“Zirə” növbəti mövsümün heyət planlamasına start verib.
İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Rəşad Sadıqov komandanın qapıçısı Aydın Bayramovla yola davam edəcək. Müqaviləsi yayda başa çatan qolkiperlə razılıq əldə olunub.
Tərəflər arasında yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Bayramov 2024-cü ildən “Zirə”də çıxış edir. 30 yaşlı oyunçu cari mövsüm 4 matçda forma geyinib.

