“Yarışın təşkilatçısı olduğu üçüm demirəm, ümumilikdə hər şey yaxşı davam edir. İstər təhlükəsizlik baxımından, istərsə də digər məsələlərdə yarı gözlədiyimizdən də üstün səvyyədə davam edir. İnanırıq və çalışırıq ki, “Tour d’Azerbaijan-2016” veloyürüşü yarışın sonuna kimi bu səviyyədə, bundan da gözəl davam etsin. Bunun üçün əlimizdən gələni edirik”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında veloturun Təşkilat Komitəsinin sədr, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov deyib.
AVİF-in rəhbəri əməkdaşımızın “Yarışın bu səviyyədə keçirilməsi ilə “Avro-2016”, “Böyük dəbilqə”, “Formula 1″ turnirlərinin təşkilatçılarına meydan oxumursuz?” – sualına belə cavab verib:
“Biz öz işimizlə heç kimə meydan oxumuruq (gülür). Sadəcə çalışırıq ki, yarış iştirakçıları, rəsmilər, azarkeşlərimiz bu turnirdən razı qalsın. Bizim işimizə qiyməti isə siz verirsiz”.

