02 İyul 2026
Ölkə futbolu

“Şamaxı”da ayrılıq

“Şamaxı” futbolçusu Murad Vəliyevlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

23 yaşlı cinah oyunçusu ilə müqavilə yenilənməyib. Bölgə təmsilçisi Murada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Murad bu ilin yanvar ayından “Şamaxı”nın formasını geyinirdi.

Qeyd edək ki, “Şamaxı” bunadək Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels və Brahim Konate ilə də yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43