13 İyun 2026
Dünya futbolu

Saşa İliç “Sumqayıt”dan ayrıldı – RƏSMİ

“Sumqayıt” baş məşqçisi Saşa İliçlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssisin müqaviləsinin müddətinin baş çatdığı bildirilib.

“Kimyaçılar” serbiyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıblar.

Xatırladaq ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla 7-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43