23 İyul 2026
Ölkə futbolu

Seneqallı hücumçu “Qarabağ”ın gündəmində idi – Seçimi Belçika oldu

“Qarabağ”ın transfer siyahısında olan Umar Diuf karyerasını Belçikanın yüksək liqasında davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı seneqallı hücumçunun “Sent-Truyden”ə keçidi üzrə “Lyej”lə razılıq əldə olunub.

Transferin təxminən 900 min avroya başa gələcəyi bildirilir.

Diuf bu mövsüm 20 oyunda 9 qol və 2 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43