23 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın rəqibi Bakıya ciddi itkilərlə gəlir – 6 futbolçu zədələdi

“Qarabağ” UEFA Çempionlar Liqası VII turu çərçivəsində doğma meydanda “Ayntraxt” (Franfurt) klubu ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, Frankfurt klubu Almaniya çempionatının son turunda “Verder”lə görüşdə 6 futbolçusundan yararlana bilməyib.

Hücumçular Mitşu Batşuayi, Jonatan Burkardt, Yunes Ebnutalib, müdafiəçi Elias Baum, yarımmüdafiəçilər Mario Götze və Huqo Larsson zədə səbəbindən həmin matçda forma geyinə bilməyiblər.

Adıçəkilən futbolçuların Bakıda da meydana çıxmayacağı gözlənilir.

“Qarabağ” – “Ayntraxt” oyunu ayın 21-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43