SOCAR və Türkiyənin “Qalatasaray” klubu arasında sponsorluq müqaviləsi imzalanıb.
İdmanxeber.az-ın məlumatına görə, imzalanma mərasimi “Ali Sami Yen” İdman Kompleksində gerçəkləşib.
Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir.
Anlaşmaya əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.

