02 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Çempionlar Liqası oyunu öncəsi “Qarabağ”da ciddi itki 

“Qarabağ”ın hücumçusu zədələnib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Musa Qurbanlıdan gedir. Futbolçunun dizində ağrılar var.

Bu səbəbdən də onun iki həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir. Bu müddətdə futbolçunun müalicəsi davam edəcək.

Qurbanlı bu gün keçiriləcək “Turan Tovuz” və Çempionlar Liqası III turu çərçivəsində baş tutacaq “Atletik” matçını buraxacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43