02 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Qalatasaray”ın əfsanəsi azərbaycanlı futbolçunu öz komandasına çağırdı

“Səbail”in futbolçusu Rüfət Abdullazadə karyerasını ölkəxaricində davam etdirməyə yaxındır.

İdmanxeber.az-a verilən məlumata görə, oyunçu növbəti mövsüm Türkiyədə çıxış edə bilər. O, Super Liqaya vəsiqə qazanan “Kocaelispor”un diqqət mərkəzindədi. 

Rüfətin Azərbaycan klublarından bir neçə təklifi olsa da, özü karyerasını ölkəxaricində davam etdirmək niyyətindədir. Yaxın vaxtlarda transferin tamamlanması gözlənilir.

Xatırladaq ki, Kocaeli təmsilçisi baş məşqçi postuna bu yaxınlarda “Qalatasaray”ın sabiq futbolçusu Selçuk İnanı təyin edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43