22 İyul 2026
Ölkə futbolu

“Sumqayıt”ın yerli futbolçusu karyerasını erkən başa vurdu – SON DƏQİQƏ!

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, uzun müddəti əsas heyətə düşə bilməyən 31 yaşlı oyunçu futbolçu karyerasını başa vurmaq haqda qərar qəbul edib.

Mustafayev mövsümün sonunda karyerasını başa vurduğunu açıqlayacaq.

Millimizin də şərəfini qorumuş təcrübəli yarımmüdafiəçi karyerası boyunca “Qarabağ”, “Zirə”, “Simurq” kimi komandalarda çıxış edib. 

O, 2019-cu ildən “Sumqayıt”da çıxış edir.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43