28 İyul 2026
İdman

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, “Alpman” klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib.

Gənclərin mübarizəsində 42 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançı 1/8 finalda britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib. O, ardınca eyni hesabla Almaniyanın “TVBB Elit” klubundan Stefani Nikolayevanı məğlub edib.

Quliyeva yarımfinalda Vasiliki Papadopoulounu (“Açilleas Egaleo”, Yunanıstan) eyni hesabla yenib. Taekvondoçu finalda Mixalina Vrobellə (Polşa klubu) üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Quliyeva ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarış aprelin 30-da yekunlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43