13 İyun 2026
Ölkə futbolu

Tahir Gözəl: “Qismət olsa, Bakıda “Liverpul”u, PSJ-ni qəbul edəcəyik”

“Ferensvaroş” özəl dəstək görür, həm dövlətdən, həm də sponsorlardan. Yaxşı büdcəsi var. Rəqib çox güclüdür. Lakin istənilən halda klubumuz öz stabilliyi ilə, yeni transferləri ilə əlindən gələni edəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl “Şkendiya” qələbəsi sonrası açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Stabillik bizim üstünlüyümüzdür. Qazandıqlarımız, itirdiklərimiz bizə təcrübə qazandırır. Bu, 2017-dəki “Qarabağ” deyil, çox təcrübəli komandadır. Çempionlar Liqasının Liqa mərhələsinə çox yaxınıq. Son zamanlar bu qədər yaxınlaşmamışdıq. Artıq pley-offdur. İnşallah, qismət olsa Bakıda “Liverpul”u, PSJ-ni qəbul edəcəyik. Azərbaycan futbolu üçün bir bayram olacaq”.

Klub rəhbəri transfer barədə də danışıb:

 “Qarabağ”ın tarixindəki ən böyük büdcəni vermişik Qurban hocaya. Heç vaxt belə böyük büdcəmiz olmayıb. Təbii ki, bu, özümüz üçün böyükdür. Qurban hocanın səbirli, təmkinli yanaşmasına hörmətlə yanaşırıq. Səhv etmək istəmir. Biz də onun ehtiyatlı davranışını dəstəkləyirik. Necə ki, nəhəng klublar seçimdə tələsmirlər, ehtiyatlı davranırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43