Dünya futbolu

TFF “Bursaspor”u sərt cəzalandırdı

Türkiyə Futbol Federasiyası “Bursaspor” klubunu sərt cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, Nizam İntizam Komitəsi Türkiyə II liqa təmsilçisinə 9 oyun azarkeşsiz oynamaq cəzası verib.

Buna səbəb sonuncu turda “Amedspor”la görüşdə ev sahibi tərəfdarların meydana kənar əşyalar atması və təhqirəramiz şüarlar səsləndirməsi olub.

Bursa klubu turnir cədvəlində 25 xalla 15-ci yerdədir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43