Kateqoriyasız

“Traktor Sazi”nin futbolçuları buna görə sevinirmiş – ƏSL SƏBƏBİ BƏLLİ OLDU

Təbrizin "Traktor Sazi" klubu öz meydanında "Naft Tehran"ı məğlub edə bilməyincə ilk dəfə çempion olmaq şansını əldən verib.

İdmanxeber.com-un məlumatına görə, 3:3 başa çatan matçdan sonra "Sepahan" çempion olan komanda olub. Maraqlıdır ki, Təbriz klubunun futbolçuları matç bitər-bitməz çempion olmuşlar kimi sevinməyə başlayıblar. Bu məqam isə azərbaycanlı futbolsevərləri çaş-baş salıb.

Məsələni araşdırmaq üçün "Traktor Sazi"nin "facebook"dakı rəsmi səhifəsinə mesaj yolladıq. Cavab mesajı da özünü çox gözlətmədi.

Sən demə "qırmızı-ağlar"ın futbolçuları ikinciliyin verdiyi vəsiqəyə görə sevinirmiş. Teymuryanın meydandan qovulmasından sonra azlıqda olan təbrizlilər 3:3-dən sonra uduza da bilərdi. Ancaq "Traktor Sazi" məğlub olmamaqla Asiya Çempionlar Liqasında (AÇL) vəsiqə qazandı. Düzdü, üçüncü yer də AÇL-ə (`play-off`) vəsiqə verirdi, ancaq komanda "play-off"dan başlamayacağına sevinirmiş.

*** *** ***
Az öncə "Traktor Sazi" azarkeşləri bizimlə əlaqə saxlayaraq bu məlumatı yalanlayıblar. Onlar futbolçuların aldadıldıqlarını bildiriblər. Belə ki, matçın sonuna yaxın "Sepahan"ın da heç-heçə etməsi xəbəri futbolçuların "Naft Tehran"la matçdan sonra sevinməsinə səbəb olub. Stadionda internet bağlantısında problemin olması azarkeşlər qarışıq hər kəsi çaş-baş salıb. Sonradan isə "Sepahan"ın qalib gəlməsini eşidən futbolçular və klub rəhbərliyi bir müddət stadionu tərk etməyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43