02 İyul 2026
Dünya futbolu

Tudor “Yuventus”da qalacaq

İqor Tudor gələn mövsüm də “Yuventus”un baş məşqçi vəzifəsini davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun baş direktoru Damien Komolli açıqlama verib. Tudor mart ayında baş məşqçi vəzifəsində Tiaqo Mottanı əvəz edərək “Yuventus”a keçib.

Xorvatiyalı mütəxəssis daha əvvəl Turin klubunda köməkçi kimi çalışıb. “Yuventus” ötən mövsüm 70 xalla İtaliya çempionatının turnir cədvəlini dördüncü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43