Kateqoriyasız

“Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq

“Turan Tovuz”un Gürcüstan yoxlama görüşündəki rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bölgə təmsilçisi 3 sınaq matçında çıxış edəcək.

Premyer Liqanın debütantı yerli komandalarla qarşılaşacaq. Komanda iyulun 23-də “Merani” (17:00), 27-də Tbilisi “Dinamo”su (20:00), 29-da isə “Qaqra” (17:00) ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk oyununu evdə “Qəbələ”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43