“Turan Tovuz”dan ayrılan Veysəl Rzayevin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Kəpəz”lə razılığa gəlib. O, karyerasını Gəncə təmsilçisində davam etdirəcək.
“Sarı-göylər” Rzayevlə bütün məsələlərdə anlaşıblar. Onun transferi yaxın vaxtlarda rəsmən açıqlanacaq.

