Kateqoriyasız

“Turan Tovuz”dan azarkeşlərə çağırış

Tovuz Şəhər Stadionundakı təmir işləri ilə əlaqədar hazırlıq prosesinin ilk 2 mərhələsini Bakıda keçirən “Turan Tovuz” doğma arenasına qayıtmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi iyulun 3-də saat 18:00-da Ayxan Abbasovun baş məşqçiliyi altında tam heytlə ilk məşqinə çıxacaq. “Turan Tovuz” bütün azarkeşləri açıq məşqinə dəvət edib.

“Turan Tovuz” yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43