13 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”un legioneri komandadan ayrıldı, bu klubla anlaşdı – FOTO 

“Turan Tovuz” legioneri ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, söhbət komandanın müdafiəçisi Araş Qaderidən gedir. İranlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. O, “Xeybər” klubu ilə anlaşıb.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən mövsüm Tovuz klubunun heyətində bütün turnirlərdə 22 oyunda çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43