Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin III turunun oyunları keçiriləcək.
İdmanxeber.com oyun günü “D”, “G” və “İ” qruplarında yer alan komandalar mübarizə aparacaq.
“G” qrupunda əsas favoritlərindən hesab edilən İspaniya səfərdə birinci pillədə qərarlaşan Albaniyanın qonağı olacaq. Qalib komanda birinci pillədə möhkəmlənəcək.
“İ” qrupunda isə azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi Türkiyə yığması İslandiya səfərində meydana çıxacaq. Hazırda aktivində 2 xal olan Türkiyə səfər qələbəsi sayəsində vəziyyətini xeyli yaxşılaşdıra bilər.
Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur
D qrupu
20:00. Uels – Gürcüstan
22:45. Moldova – İrlandiya
22:45. Serbiya – Avstriya
Qrupda vəziyyət: Uels – 4. Serbiya – 4. Avstriya – 4. İrlandiya – 4. Gürcüstan – 0. Moldova – 0.
G qrupu
20:00. İsrail – Lixtenşteyn
22:45. Albaniya – İspaniya
22:45. Makedoniya – İtaliya
Qrupda vəziyyət: Albaniya – 6. İspaniya – 4. İtaliya – 4. İsrail – 3. Makedoniya – 0. Lixtenşteyn – 0.
İ qrupu
20:00. Finlandiya – Xorvatiya
20:00. Ukrayna – Kosovo
22:45. İslandiya – Türkiyə
Qrupda vəziyyət: Xorvatiya – 4. İslandiya – 4. Ukrayna – 2. Türkiyə – 2. Finlandiya – 1. Kosovo – 1.