09 İyun 2026
Ölkə futbolu

U-17 millimiz böyük hesabla məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçirilən görüş Rumıniyanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

Xatırladaq ki, yığmamız 3 oyundan sonra xal qazana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43