“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Zaur Hacıyevin baş məşqçi olduğu komanda birinci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. Sloveniyalı David Smaytsın idarə etdiyi görüşdə “Qəbələ” 0:3 hesabı ilə uduzub.
Bu komandaların cavab qarşılaşması oktyabrın 4-də Qəbələdə keçiriləcək.
12 sentyabr
“Hayduk U-19” – “Qəbələ U0-19” – 3:0
Qollar: Vrçiç, 24-pen, Kaluşiç, 51, Nazor, 83

