11 İyun 2026
Ölkə futbolu

UEFA Premyer Liqa klublarımızı sevindirdi – AFFA “ok” verdi

Azərbaycan futbol klublarına UEFA tərəfindən növbəti maliyyə vəsaiti ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçilərimiz təxminən 1 milyon manata yaxın gəlir əldə edib. UEFA-dan AFFA-ya verilən vəsiat artıq federasiya tərəfindən klubların hesabına köçürülüb.

Xatırladaq ki, “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasında uğurlu çıxışı klublarımız üçün də faydalı olub. Belə ki, UEFA Premyer Liqada çıxış edən 11 komandaya vəsait ayırıb. Daha öncə mətbuatda elita təmsilçilərinin hər birinin 1.6 milyon manat gəlir əldə edəcəyi iddia edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43