Kateqoriyasız

“Xəzər Lənkəran” üçün problemsiz mərhələ

“Xəzər Lənkəran” klubu Azərbaycan kubokunun 1/4 finalına birbaşa vəsiqə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan kubokunun 1/8 finalında “Araz Naxçıvan”la qarşılaşmalı olan cənub təmsilçisi Naxçıvan klubunun ölkə çempionatını və kubokunu tərk etməsi ilə birbaşa  1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə “ağ- yaşıllar” “Şahdağ” – “İnter” cütünün qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43