Kateqoriyasız

“Xəzər Lənkəran”ın məşqini veteran futbolçu izlədi

Premyer Liqanın XXXIV turu çərçivəsində may ayının 16-da AZAL klubunu qəbul edəcək “Xəzər Lənkəran” son məşqini keçirib.

İdmanxeber.com-un məlumatına görə, komanda mayın 15-də saat 17:00-da stadionun əsas meydançasında hazırlığa başlayıb. Bir saat yaxın davam edən oyunöncəsi son məşqi tribunadan veteran futbolçu Valeh Zöhrabov da izləyib. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43