07 İyun 2026
Dünya futbolu

Xuan Mata Avstraliyada qalır

“Çelsi” və “Mançester Yunayted”in sabiq futbolçusu Xuan Mata karyerasını Avstraliya çempionatında davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 37 yaşlı ispaniyalı yarımmüdafiəçi “Melburn Viktori” ilə müqavilə imzalayıb. O, ötən mövsüm “Vestern Sidney”in heyətində 23 oyunda 1 qol və 3 assistlə yadda qalmışdı.

Qeyd edək ki, Mata İspaniya millisinin heyətində dünya və Avropa çempionu olub, karyerasında “Valensiya”, “Çelsi” və “Mançester Yunayted”də də çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43