Kateqoriyasız

 Xudiyev “Lokomotiv” – “Spartak” oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək  “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) matçının  hakim-inspektoru olacaq.

Qeyd edək ki, görüş iyulun 25-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43