Kateqoriyasız

Yunanıstan klubu ilə razılıq əldə olundu: “Qarabağ” – “Olimpiakos” oyununa bilet satışı…

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyununa bilet satışı bu gün də davam edir.
İdmanxeber.az-ın məlumatına görə, qonaq komandanın azarkeşləri oyuna gəlmədiyindən əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılır.
Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar bu gün saat 17:00-a qədər fəaliyyət göstərəcək. Digər biletləri isə iticket.az saytından da ala bilərsiniz.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43